Təpik atan baş məşqçi qovuldu - FOTO
25 noyabr 2010 18:08 (UTC +04:00)

Təpik atan baş məşqçi qovuldu - FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, belə qərara 55 yaşlı mütəxəssisin Çempionlar Liqasının V turunda İsveçrədə “Bazel”lə oyun zamanı ləyaqətsiz davranışı səbəb olub.

“Bazel”in 1:0 hesablı qələbəsi ilə nəticələnən matçın 75-ci dəqiqəsində Kırtsu hirsini ehtiyat oyunçular skamyasını əhatələyən şüşə örtükdən çıxıb. Təpik zərbəsi ilə şüşəni qıran təcrübəli mütəxəssis ÇFR prezidenti Luliu Mureşanın qərarı ilə postundan qovulub. Onun əvəzinə Alinya Minteyan təyin olunub. Mureşan olayla bağlı UEFA və “Bazel” rəhbərliyindən üzr istəyib.

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin sonuna bir tur qalmış ÇFR-in Avropa kuboklarında mübarizəni davam etdirə bilməyəcəyi dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595

Oxşar yazılar