Azərbaycan şirkəti Gürcüstan Futbol Federasiyasına sponsorluq üçün danışıqlara başlayıb - EKSKLÜZİV
25 noyabr 2010 17:32 (UTC +04:00)

Azərbaycan şirkəti Gürcüstan Futbol Federasiyasına sponsorluq üçün danışıqlara başlayıb - EKSKLÜZİV

Bu haqda Lent.az-a şirkətin baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hələ danışıqlar yekunlaşmadığından, müvafiq qərar verilməyib. M.Məmmədov həmçinin bildirib ki, gürcüstanlı mərhum iş adamı Badri Patarkatsişvilinin ailəsi tərəfindən satışa çıxarılan Tiflis “Dinamo”su bir müddət öncə “SOCAR Energy Georgia”ya təklif olunub. Lakin şirkət bundan imtina edib.

Qeyd edək ki, “SOCAR Energy Georgia” 2009-cu ilin aprelində Gürcüstan Şahmat Federasiyası ilə də sponsorluq sazişi imzalayıb.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar