Həyat yoldaşı dünya çempionunu güllələyib bıçaqladı
25 noyabr 2010 14:54 (UTC +04:00)

Həyat yoldaşı dünya çempionunu güllələyib bıçaqladı

Lent.az-ın “boxingscene.com”a istinadən verdiyi məlumata görə, Cimmi Martin arvadına noyabrın 23-də hücum edib.

62 yaşlı Cim Martinlə 42 yaşlı Kristi Martin ABŞ-ın Florida ştatındakı Apopka şəhərində yaşayırmışlar. Hadisə vaxtı Kristi Martin 2 həftəlik aradan sonra evinə qayıdıbmış. O, yaralanandan sonra evdən çıxaraq maşın saxlayıb və özünü həkimlərə çatdırıb. Boksçu bədənindən və sol ayağından yaralanıb. Hazırda idmançı xəstəxanadadır və sağlıq durumu haqda informasiya yoxdur. Əri isə gizlənib və hazırda polis axtarışındadır.

Qeyd edək ki, Kristi Martin peşəkar qadın boksçu tarixində ən populyar idmançılardandır. 2003-cü ildə o, ağır çəkidə dünya çempionunun qızı Leyla Əliyə uduzub. Lakin bundan 6 il sonra Martin Dakota Stounu yenərək, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə birinci orta çəkidə dünya çempionu olub. Cim Martin isə həyat yoldaşının karyerasının əvvəlindən onun məşqçisi və meneceri olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar