Əfran İsmayılov “Qarabağ”la müqaviləsini uzatdı
Onun sözlərinə görə, yeni müqavilənin müddəti 2 illik, daha dəqiqi 2013-cü il mayın 31-dək nəzərdə tutulub. İsmayılov bildirib ki, hazırkı sövdələşmə əvvəlkindən daha sərfəlidir. Lakin digər klubların təklif etdiyi məbləğ bundan da böyük olub. Gənc futbolçu isə məhz baş məşqçi Qurban Qurbanova görə “Qarabağ”da qalmağa razılıq verib: “Mənim üzərimdə Qurban müəllimin böyük əziyyəti olub. Onun əməyini yerə vurmaq istəmədim. Bu səbəbdən, digər klubların daha sərfəli təkliflərini rədd edərək, hazırkı komandamda qalmağı məqsədəuyğun saydım”.
Lakin İsmayılov xarici klublardan təklif gələcəyi halda, “Qarabağ”ı tərk edəcəyini söyləyib. Bu isə 2011-ci ilin yayından tez olmayacaq: “Ağır zədədən sonra yenicə məşqlərimi bərpa etmişəm. Meydançalarımızın ot örtüyü da elədir ki, istədiyin kimi hazırlıq keçə bilmirsən. Komandamızın yanvarda Türkiyədə keçirəcəyi təlim-məşq toplantısında tam qüvvə ilə məşq edə biləcəyəm. İnşallah, əvvəlki formamı yığıb, xarici klublardan birində oynamaq istəyirəm. Belə bir təklif gəlsə, “Qarabağ”ı tərk edəcəyim haqda rəhbərliklə razılığa gəlmişəm”.
Qeyd edək ki, “Qarabağ” klubunun aşağı yaş qrupundan yetişən Əfran İsmayılov bu mövsüm Avropa Liqasında 5 qol vurub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

3 ingilis klubu onu almaq üçün yarışır
19 iyul 2025 , 18:54
"Real" onun müqaviləsini uzatdı
19 iyul 2025 , 15:00
Dünyanın ən böyük futbol stadionu 2030-cu il dünya çempionatının finalına ev sahibliyi etməyə bilər
19 iyul 2025 , 09:42
Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real"ın 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52