Unibank Premyer Liqası: Bu dəfə Elçin Məmmədov “ofsayd”a düşdü
24 noyabr 2010 19:23 (UTC +04:00)

Unibank Premyer Liqası: Bu dəfə Elçin Məmmədov “ofsayd”a düşdü

Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi oyunlarından biri beynəlxalq dərəcəli hakimə, digəri isə ən yaşlı referiyə həvalə olunub.

Noyabrın 27-də keçiriləcək “Bakı” – “Xəzər Lənkəran” matçını FİFA referisi Vüsal Əliyev idarə edəcək. Ehtiyat hakim isə Fariz Yusifov olacaq. Ertəsi gün baş tutacaq “Qarabağ” – “Neftçi” oyununda 43 yaşlı Rövşən Əhmədov fit çalacaq.

Daha bir FİFA referisi Anar Salmanov isə bir turluq istirahətdən sonra yenidən iş başında olacaq. Ona “Qəbələ” – “Simurq” görüşü həvalə olunub.

Ötən tur AZAL – “Qarabağ” görüşünü idarə etmiş futzal üzrə beynəlxalq dərəcəli hakim Elçin Məmmədova təyinat verilməyib. Çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyev isə Salyanda “Muğan”la “İnter”in görüşünün baş hakimi olacaq. “Gəncə” – MOİK və “”Turan” – AZAL görüşləri gənc Elvin Əsgərovla Elnur Muradova tapşırılıb.

27 noyabr (şənbə)

"Bakı" - "Xəzər Lənkəran"
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:30

"Gəncə" - MOİK
Hakimlər: Elvin Əsgərov, Samir Hacıyev, Mübariz Haşımov, Ramil Diniyev
Gəncə şəhər stadionu. Saat 14:00

"Qəbələ" - "Simurq"
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Azad Ə. Hüseynov, Teymur Fərhadov
Qəbələ şəhər stadionu. Saat 14:00

28 noyabr (bazar)
"Turan" - AZAL
Hakimlər: Elnur Muradov, Vaqif Musayev, Coşqun Həsənov, Fuad Həsənov
Tovuz şəhər stadionu. Saat 14:00

"Muğan" - "İnter"
Hakimlər: Əfqan Həmzəyev, Elşən Acalov, Rza Məmmədov, Ceyhun Haşımov
Salyan şəhər stadionu. Saat 13:00

"Qarabağ" - "Neftçi"
Hakimlər: Rövşən Əhmədov, Eldar Nağıbəyov, Elman Musayev, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 15:00
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 652

Oxşar yazılar