Ölkənin ən məşhur müğənnisi 3 klubun pulunu mənimsəyib - FOTO
24 noyabr 2010 18:16 (UTC +04:00)

Ölkənin ən məşhur müğənnisi 3 klubun pulunu mənimsəyib - FOTO

Lent.az-ın məlumatına görə, ölkənin ən ünlü müğənnilərindən olan Raznatoviç 3 futbolçunun xarici klublara satışından əldə olunan külli miqdarda vəsaiti şəxsi hesabına keçirməkdə ittiham olunur.

O, 2000-ci ildə Nikolya Lazetiçin keçidi üçün “Fənərbağça”nın ödədiyi 6 milyon marka, Yunanıstanın “Aris” klubuna satılan Miroslav Saviç üçün 800 min marka və Rusiyanın Moskva “Lokomotiv”inə transfer olan Milan Obradoviç üçün 3 milyon markanı mənimsəyib.

Qeyd edək ki, Svetlana Raznatoviç Serbiyada başlanan müharibənin günahkarları sırasında göstərilən Jelko Raznatoviç Arkanın həyat yoldaşıdır. Onun “Obiliç” klubunun prezidentliyinə gətirilməsində məhz ərinin rolu olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651

Oxşar yazılar