Çempionlar Liqası: “Bursaspor” Avropa Liqası hayında
24 noyabr 2010 19:00 (UTC +04:00)

Çempionlar Liqası: “Bursaspor” Avropa Liqası hayında

Lent.az-ın məlumatına görə, turnirin son qalibi “İnter” Hollandiya çempionu “Tvente” üzərində qələbə sayəsində 1/8 finala vəsiqəni təmin edə bilər.

Habelə, “Tottenhem”, “Lion”, “Şalke 04”, “Mançester Yunayted”, “Valensiya”, “Barselona” və “Kopenhagen” klubları vaxtından əvvəl növbəti mərhələyə yüksələ bilərlər. Türkiyənin yeganə təmsilçisi “Bursaspor” isə artıq Çempionlar Liqasında 1/8 final şanslarını itirib. Baş məşqçi Ərtuğrul Sağlamın komandasının yalnız C qrupunun 3-cüsü kimi Avropa Liqasının 1/16 finalında mübarizəni davam etdirmək imkanları qalır. Amma bunun üçün “Bursaspor” ilk növbədə öz meydançasında “Valensiya”nı mütləq yenməlidir.

A qrupu

“İnter” (İtaliya) – “Tvente” (Hollandiya)
Baş hakim:
Stefan Lannua (Fransa)

“Tottenhem” (İngiltərə) – “Verder” (Almaniya)
Baş hakim:
Oleqariu Benkurensa (Portuqaliya)

B qrupu

“Şalke 04” (Almaniya) – “Lion” (Fransa)
Baş hakim:
Nikola Ritsoli (İtaliya)

“Hapoel” (Təl-Əviv, İsrail) – “Benfika” (Portuqaliya)
Baş hakim:
Alan Hamer (Lüksemburq)

C qrupu

“Reyncers” (Şotlandiya) – “Mançester Yunayted” (İngiltərə)
Baş hakim:
Massimo Buzakka (İsveçrə)

“Valensiya” (İspaniya) – “Bursaspor” (Türkiyə)
Baş hakim:
Brunu Migel (Portuqaliya)

D qrupu

“Rubin” (Rusiya) – “Kopenhagen” (Danimarka)
Baş hakim:
Martin Atkinson (İngiltərə)

“Panatinaikos” (Yunanıstan) – “Barselona” (İspaniya)
Baş hakim:
Canluka Rokki (İtaliya)

Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613

Oxşar yazılar