Azərbaycan çempionu Çempionlar Liqasında mübarizəyə başlayır
Voleybolçu qadınlardan ibarət “Rabitə” klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayır. Lent.az-ın məlumatına görə, E qrupunda yer alan Azərbaycan çempionu noyabrın 24-də Bakı vaxtı ilə saat 19:00-da Rumıniyanın paytaxtı Buxarestdə “Dinamo Romprest”lə üz-üzə gələcək.
Oyunu makedoniyalı Zdravko Zdraveski ilə yunanıstanlı Georgios Georquleas idarə edəcək. Valeri Delutr isə Avropa Voleybol Konfederasiyasının nümayəndəsi olacaq. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Artıq komandaların oyun üçün iştirak ərizəsi də açıqlanıb. Meydan sahiblərinin tərkibində 8 rumıniyalı, eləcə də bolqarıstanlı, slovakiyalı, yaponiyalı və serbiyalı voleybolçular yer alıblar. Komandamızın heyətində cəmi 1 milliləşdirilmiş azərbaycanlı – Natalya Məmmədova çıxış edəcək. Qalan voleybolçulardan 5-i serbiyalı, 2-si ukraynalı, eləcə də latviyalı, xorvatiyalı, amerikalı və bolqarıstanlıdır.
Qeyd edək ki, qrupun digər matçında “Skavolini” (Pesaro, İtaliya) “Aluprof” (Bielsko-Biala, Polşa) ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Oxşar yazılar

Dünyanın ən yaxşı 10 bombardiri - SİYAHI
1 may 2025 , 09:37
“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20
"Bayer" Alonso "Real"a keçərsə, yerinə əvəzləyici tapdı
30 aprel 2025 , 09:37
"Arsenal" öz meydanında "PSJ"yə uduzdu
30 aprel 2025 , 01:02
Sara “Mançester Siti”nin hədəfində
29 aprel 2025 , 22:03