2011-ci il martın 3-də
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 8 şahmatçının mübarizə aparacağı nüfuzlu turnirə 2011-ci il martın 3-də start veriləcək.
Martın 27-dək davam edəcək mübarizəyə 8 şahmatçı qatılacaq. Onların arasında 2 azərbaycanlı – Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov da yer alacaq. Digər iddiaçılar isə Veselin Topalov (Bolqarıstan), Maqnus Karlsen (Norveç), Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan), Boris Gelfand (İsrail) və Qata Kamski (ABŞ) olacaq. Onlardan biri hər hansı səbəblə əlaqədar yarışdan imtina edərsə, ehtiyat şahmatçılar qismində Aleksandr Qrişuk, Dmitri Yakovenko (hər ikisi Rusiya) və Vanq Yueyə (Çin) iştirak imkanı veriləcək. Qalib şahmatçı dünya şahmat tacının hazırkı sahibi Vişvanatan Anandla (Hindistan) üz-üzə gələcək.
Reqlamentə əsasən, ilkin mərhələdə Topalov Kamskini, Karlsen Rəcəbovu, Kramnik Məmmədyarovu, Aronyan isə Gelfandı sınağa çəkəcək. Turnirin mükafat fondu 420 min avro olacaq. I mərhələdə məğlub olan 4 şahmatçının hər birinə 30 min avro, yarımfinalda uduzanların hərəsinə 60 min avro veriləcək. Finalçıların hər biri isə 90 min avro alacaqlar.
Qeyd edək ki, öncədən FİDE iddiaçıların görüşünün Bakıda təşkili haqda qərar çıxarsa da, Levon Aronyanın Bakıya gəlmək istəməməsi üzündən Rusiya Şahmat Federasiyasının təşəbbüsü ilə Kazanda keçirilməsini məqsədəuyğun sayıb.

619