Baş məşqçiyə Leninin büstü bağışlandı - FOTO
Lent.az-ın məlumatına görə, baş məşqçiyə bu hədiyyəni noyabrın 23-də Kazanda təşkil olunan mətbuat konfransında “Sovetskiy Sport” qəzetinin müxbiri verib.
“Kopenhagen”lə “Rubin” arasında sentyabrın 14-də Danimarka paytaxtında reallaşmış və meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdən əvvəl Solbakken solçu baxışlarını dəstəklədiyini deyib və özünü sosialist adlandırıb. Bu səbəbdən, müxbir ona Leninin büstünü bağışlamağı qərara alıb.
Jurnalist hədiyyə verərkən baş məşqçiyə deyib ki, 123 il öncə 17 yaşlı Vladimir Ulyanov inqilabi fəaliyyətə başlayıb. Lenin həmin vaxt Kazan Universiteti tələbələrinin yığıncağında iştirak edib. 1887-ci il noyabrın 24-də onu Kazandan 50 km aralıda yerləşən Kokuşkino kəndinə sürgünə göndəriblər. Leninin büstünü qəbul edən Solbakken bu tarixi bildiyini söyləyib. O, hətta Danimarkadan olan telekanallar üçün büstlə birgə poz verib.
Qeyd edək ki, “Rubin” – “Kopenhagen” matçı noyabrın 24-də Kazanda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Oxşar yazılar

Dünyanın ən yaxşı 10 bombardiri - SİYAHI
1 may 2025 , 09:37
“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20
"Bayer" Alonso "Real"a keçərsə, yerinə əvəzləyici tapdı
30 aprel 2025 , 09:37
"Arsenal" öz meydanında "PSJ"yə uduzdu
30 aprel 2025 , 01:02
Sara “Mançester Siti”nin hədəfində
29 aprel 2025 , 22:03