“Meydançaya çıxacağım günü səbirsizliklə gözləyirəm”
24 noyabr 2010 12:32 (UTC +04:00)

“Meydançaya çıxacağım günü səbirsizliklə gözləyirəm”

Lent.az-ın məlumatına görə, sol ayağında sınıq olduğu aşkarlanan Flavinyo hazırda Braziliyada müalicə olunur.

Yarımmüdafiəçi “Neftçi”nin rəsmi saytına açıqlamasında yaşıl meydanlara qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib: "Burada müalicəmi davam etdirirəm. Gündən-günə özümü daha da yaxşı hiss edirəm. “Neftçi”nin həkimləri ilə müntəzəm əlaqə saxlayıb, müalicənin gedişi haqda onları xəbərdar edirəm. Flaqmanın düşərgəsinə qayıdıb, meydançaya çıxacağım günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Flavinyo qış fasiləsi dönəmində “Neftçi”nin Antalyada keçirəcəyi ilk təlim-məşq toplanışından əvvəl komandanın düşərgəsinə qoşulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar