“Neftçi”nin daha bir futbolçusu uzun müddətə sıradan çıxdı
24 noyabr 2010 12:20 (UTC +04:00)

“Neftçi”nin daha bir futbolçusu uzun müddətə sıradan çıxdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 24 yaşlı qolkiper Unibank Premyer Liqasının XII turunda “İnter”lə oyun vaxtı zədələnib.

Həkim müayinəsindən sonra Qribauskasın ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Qapıçı əməliyyat olunduqdan sonra klub həkimlərinin nəzarəti altında müalicə kursu keçəcək. Onun 3 aydan sonra məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, bu yaxınlarda “Neftçi”nin daha bir futbolçusu Flavinyo da uzun müddətə sıradan çıxıb. XIII turda “Muğan”la görüşdə ayağı sınan yarımmüdafiəçi 3 ayadək oynaya bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar