”Xəzər Lənkəran”ın Alimi əfsanə oldu
23 noyabr 2010 19:42 (UTC +04:00)

”Xəzər Lənkəran”ın Alimi əfsanə oldu

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Alim Qurbanov 156-cı dəfə “ağ-yaşıl” formada meydançaya çıxıb.

“Muğan”la görüşdə 90 dəqiqə əvəzlənmədən oynayan 33 yaşlı futbolçu bu göstəricidə “Xəzər Lənkəran” tarixinin mütləq rekordçusu olub. Yarandığı 2004-cü ildən “Xəzər Lənkəran”ın şərəfini qoruyan Qurbanov bu tura qədər şərik olduğu Rəşad Abdullayevi arxada qoyub.

“Xəzər Lənkəran”ın heyətində ən azı 100 oyun keçirənlər
1. Alim Qurbanov 156
2. Rəşad Abdullayev 155
3. Rahid Əmirquliyev 131
4. Radomir Todorov 119
5. Kamran Ağayev 105

Digər tərəfdən, ötən tur “Xəzər Lənkəran”ın əfsanəsi üçün məhsuldarlıq cəhətdən də əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi 6 ildir şərəfini qoruduğu klubun heyətində ilk dəfə “dubl”a imza atıb. O, “Muğan”la görüşdə 2 dəfə fərqlənməklə, son 2 turda vurduğu topların sayını 3-ə çatdırıb. Ümumilikdə isə Qurbanov “Xəzər Lənkəran”ın tarixi ərzində rəqibləri 11 dəfə məyus edib. O, bu göstəricidə Allan Lalin və Junior Osvaldoya çatıb.

“Xəzər Lənkəran”ın heyətində ən azı 10 qol vuranlar
1. Zaur Ramazanov 44
2. Samir Əliyev 34
3. Mario Souza 26
4. Ivan Tsvetkov 24
5-7 Rəşad Abdullayev 18
5-7 Vüqar Nadirov 18
5-7 Oqtay Dərəlioğlu 18
8 Rahid Əmirquliyev 17
9 Edmond NTiamoa 13
10 Emin Quliyev 12
11-13 Alim Qurbanov 11
11-13 Junior Osvaldo 11
11-13 Allan Lalin 11

Unibank Premyer Liqasının XIV turunda “Muğan”la oyuna “Xəzər Lənkəran”ı kapitan kimi Alim Qurbanov çıxarıb. Klubun formasını hamıdan çox geyinən yarımmüdafiəçi 3 illik fasilədən sonra sarğını daşıyıb. İndiyədək karyerası ərzində 2 dəfə “Xəzər Lənkəran”ı kapitan kimi meydana çıxaran Qurbanov ilk dəfə bu şərəfə çempionat oyununda nail olub. Əvvəllər o bunu yalnız kubok matçlarında etmişdi. 2006/2007-ci il mövsümünün 1/16 final mərhələsinin “İnter-2” ilə cavab oyununda “Xəzər Lənkəran”ın kapitanı məhz Qurbanov olub. Bu matç 2006-cı il oktyabrın 17-də baş tutub. Qurbanovun ikinci kapitanlığı isə 2007/2008-ci il mövsümünün 1/16 final mərhələsinin ilk qarşılaşmasında yaşanıb. O, NBC (indiki “Muğan”) klubu ilə səfərdə keçirilən ilk matçda bu məsuliyyətli vəzifəyə layiq görülüb. 2007-ci il sentyabrın 26-da baş tutan matçdan 1152 gündən sonra Qurbanov yenə kapitan olub. Lakin həmin iki görüşün hər ikisində eyni - 3:1 hesabı ilə qalib gələn Lənkəran komandası bu dəfə 3:1 yox, 2:0 hesabına sevinib.

“Xəzər Lənkəran”ın kapitanları
1 Mahmud Qurbanov 59
2 Kamran Ağayev 49
3 Emin Quliyev 25
4 Samir Əliyev 24
5 Zaur Ramazanov 23
6 Dmitri Kramarenko 19
7 Arif Əsədov 14
8 Elmar Baxşıyev 10
9 Bəxtiyar Musayev 4
10 Alim Qurbanov 3
11-12 Füzuli Məmmədov 2
11-12 Junior Osvaldo 2
13-17 Aleksandr Martyoşkin 1
13-17 Ədəhim Niftəliyev 1
13-17 Rəşad Abdullayev 1
13-17 Rahid Əmirqulıiyev 1
13-17 Xaqani Məmmədov 1.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524

Oxşar yazılar