Elnur Məmmədlinin növbəti olimpiadaya qatılma şansları azalır
Lent.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən Rəcəbli Lukaş Blaç (Polşa) və Antonio Çianonu (İtaliya) yendikdən sonra ¼ finala yüksəlib.
Lakin yarımfinala gedən yolda onun qarşısını Sven Mareş (Almaniya) kəsib. Bununla da həmyerlimiz öz çəkisində 31 cüdoçu arasında 5-ci olub. Mükafatçılar sırasına düşə bilməsə də, Rəcəbli 40 reytinq xalı qazanıb.
Elxan Rəcəblinin aktivinə yeni xallar əlavə etməsi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Elnur Məmmədlinin 2012-ci ildə Londonda keçiriləcək növbəti olimpiadaya qatılma şanslarını azaldır. Çünki olimpiadada hər çəkidə bir cüdoçu çıxış etməlidir. Beynəlxalq Cüdo Federasiyasının noyabrın 16-da açıqlanan reytinq siyahısında Rəcəbli 288 xalla 27-ci, Məmmədli isə 208 xalla 36-cı sırada yer alıb. Öncədən 81 kq çəkidə Əbu-Dabiyə olimpiya çempionunun yollanacağı açıqlansa da, sonradan xəstələnməsi səbəbindən onu Rəcəbli əvəzləyib.
Qeyd edək ki, “Qran-pri” turnirində hələlik tatami üzərinə çıxan digər cüdoçularımız – Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) 8 ən güclü cüdoçu arasına düşə bilməyiblər. Beləliklə, onlar reytinq xalı əldə etməyi bacarmayıblar. Noyabrın 24-də keçiriləcək son yarış günündə Elxan Məmmədov (90 kq), Mövlud Mirəliyev (100 kq) və Emil Tahirov (+100 kq) qüvvələrini sınayacaqlar.
Elşən MƏMMƏDOV

758