“Qarabağ” “Neftçi” ilə oyuna dönüş nöqtəsi kimi baxır
Bilirdik ki, “Qəbələ” müdafiə futbolu oynayacaq və onlar Bakıya bir xal üçün gəliblər. Oyunda üstün tərəf idik, qol imkanlarımız oldu, ancaq fərqlənə bilmədik. Minimal hesabla olsa belə, qələbə qazana bilərdik, amma qismət olmadı”. Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib.
Flaqman Unibank Premyer Liqasının XIV turunda “Qəbələ” ilə qarşılaşmadan 0:0 hesablı heç-heçə ilə ayrılsa da, Abışov ruhdan düşmədiklərini söyləyib. O, “Qarabağ”la növbəti matça ciddi hazırlaşdıqlarını vurğulayıb. 23 yaşlı müdafiəçinin fikrincə, son zamanlar uğursuz çıxış edən Ağdam komandası “Neftçi” ilə görüşə dönüş nöqtəsi kimi yanaşır: “Qarabağ” Premyer Liqanın iddialı klublarından biridir. Düzdür, son vaxtlar uğursuz çıxış edirlər. Düşünürəm ki, onlar bizimlə görüşə dönüş nöqtəsi kimi baxırlar. Turnir cədvəlində liderliyimizi qorumaq üçün oyuna mütləq qələbə qazanmaq üçün çıxacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar yazılar

“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20
"Bayer" Alonso "Real"a keçərsə, yerinə əvəzləyici tapdı
30 aprel 2025 , 09:37
"Arsenal" öz meydanında "PSJ"yə uduzdu
30 aprel 2025 , 01:02
Sara “Mançester Siti”nin hədəfində
29 aprel 2025 , 22:03
Cazibədar futbolçu cazibədar FOTOLARI ilə azarkeşləri heyran edir
29 aprel 2025 , 19:59