Paolo Maldini: “Lionel Messi hər il “Qızıl top” almalıdır”
Lent.az-ın məlumatına görə, İtaliya millisinin sabiq müdafiəçisi “Football Italia”ya açıqlamasında ən yaxşı müdafiəçi qismində Messinin “Barsa”dakı komanda yoldaşı Jerar Pikenin adını çəkib.
Maldini deyib: “Messinin oyununa baxanda onun hər il “Qızıl top” almalı olduğunu düşünürəm. Lionel inanılmaz futbolçudur. Pike də mənim xoşuma gəlir. Onun böyük potensialı var. Jerar həm öz qapısını müdafiə etməyi, həm də rəqib qapısına zərbə endirməyi bacarır. O, müdafiənin mərkəzində Karles Puyolla birgə əla təsir bağışlayır. Alessandro Nesta da dünyanın ən yaxşı müdafiəçilərindən biri olaraq qalır. Tyaqu Silva isə nəinki “Milan”ın, hətta Avropa futbolunun liderlərindən biri olmaq şansına malikdir”.
Qeyd edək ki, Paolo Maldini bir müddət öncə “Milan” azarkeşlərini məyus edən açıqlama verib. O, “rossonyerlər”in Çempionlar Liqasını qazana bilməyəcəyini bildirib. Dünyanın ən yaxşı futbolçusuna verilən “Qızıl top”un yeni sahibi 2011-ci il yanvarın 11-də açıqlanacaq.

729