“Ayaks” rəhbərliyi “kannibal-futbolçu”nu cəzalandırdı - FOTO
23 noyabr 2010 11:59 (UTC +04:00)

“Ayaks” rəhbərliyi “kannibal-futbolçu”nu cəzalandırdı - FOTO

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cəzaya uruqvaylı hücumçunun PSV komandası ilə noyabrın 20-də keçirilmiş Hollandiya çempionatı matçında rəqib oyunçu Otman Bakkalın körpücük sümüyünü dişləməsi səbəb olub.

Suares böyük məbləğdə pul cəriməsinə də məruz qalıb. “Ayaks” həmin vəsaiti xeyriyyə məqsədlərinə sərf edəcək. Lakin diskvalifikasiya qərarı yalnız daxili birinciliyə şamil olunacaq. Bu səbəbdən, “kannibal-futbolçu” Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 23-də keçiriləcək İspaniya “Real”ı ilə görüşdə “Ayaks”a kömək edə biləcək.

0:0 hesabı ilə nəticələnən “Ayaks” – PSV matçında Luis Suaresin hərəkətini hakim görməyib. Ona görə də Suares cəzasız qalıb. Bununla belə, Hollandiya Futbol Federasiyasının İntizam Komitəsi futbolçuya qarşı araşdırmalara başlayıb. 23 yaşlı hücumçunun daha ciddi diskvalifikasiyaya məruz qalacağı gözlənilir.

Qeyd edək ki, “Ayaks” rəhbərliyi bundan öncə 18 yaşlı futbolçusu Rene Osei Kofi ilə yollarını ayırıb. Qanalı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi Hollandiyanın ikinci divizion komandası “Almere Siti”də həmklubu Kristianu Qandunu tapança ilə hədələdiyi üçün ağır cəzaya məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar