Sumqayıtda nərd üzrə şəhər kuboku başa çatıb
23 noyabr 2010 11:37 (UTC +04:00)

Sumqayıtda nərd üzrə şəhər kuboku başa çatıb

ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi Sumqayıtda nərd üzrə kubok yarışları təşkil edib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, nərd turnirinə şəhərin müxtəlif məhəllə və mikrorayonlarını təmsil edən 160-dan çox həvəskar qatılıb.


İlkin mərhələdən sonra 96 iştirakçı yarışı davam etdirmək hüququ qazanıb. Olimpiya sistemi üzrə keçirilən və 5 gün davam edən ikinci mərhələdə 10 iştirakçı finala vəsiqə qazanıb. Şəhər zəhmətkeşlərinin kütləvi marağına səbəb olan gərgin idman mübarizəsinə nəzarət təşkilat komitəsinin rəhbərlik etdiyi hakimlər qrupu tərəfindən həyata keçirilib.


Yarışın son mərhələsində finalçılar iki qrupun hər birində dairəvi sistem üzrə 4 yarış keçiriblər. Münsiflər heyəti tərəfindən müəyyən edilmiş qaliblərə qiymətli hədiyyələr, nərd-taxta bağışlanıb, xüsusi diplomlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar