4 qat dünya çempionumuz Moskvaya yollanır
Noyabrın 27-də Rusiyanın paytaxtı Moskvada karatenin WKF versiyası üzrə “Dünya paytaxt şəhərlərinin kuboku” uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Lent.az-ın məlumatına görə, şəxsi və komanda kumite növləri üzrə təşkil olunacaq yarışda dünyanın ən güclü karate ölkələrinin paytaxt komandaları mübarizə aparacaqlar.
Onların arasında Bakı şəhərinin karateçiləri də yer alacaqlar. İki gün davam edəcək turnirdə Azərbaycan paytaxtını baş məşqçi Rəhman Hatəmovun rəhbərliyi 8 idmançı təmsil edəcək. Oktyabrın son günlərində Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında tarixində ilk dəfə gümüş medal qazanan komanda kumite yığmamız “Dünya paytaxt şəhərlərinin kuboku” turnirinin əsas favoritlərindən biri sayılır. Hatəmov “Qalib heyəti dəyişməzlər” prinsipinə əməl edərək, Belqradda olduğu kimi, Moskvada da başda 4 qat dünya çempionu Rafael Ağayev olmaqla, Niyazi Əliyev, Rəşad Hüseynov, Sənan Əliyev, Amal Atayev, İsrafil Şirinov və Şahin Atamova güvənəcək. Bundan başqa 1 qız idmançımız – Aynur Məmmədova da Moskvaya aparılan heyətə daxil edilib. Nümayəndə heyətinin rəhbəri isə WKF versiyası üzrə Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov olacaq.
Qeyd edək ki Azərbaycanın komanda kumite yığması ötən ilki analoji turnirin qalibidir və titulunu bu il də qorumaq niyyətindədir.

1418