“Araz” “Ararat”ı yendi
22 noyabr 2010 19:01 (UTC +04:00)

“Araz” “Ararat”ı yendi

Lent.az-ın məlumatına görə, komandamız Kiprin “Nikosiya Ararat” komandasını yenib – 2:1.

Naxçıvan təmsilçisinin qollarını Anderson və Felipe vurub. Oyundan sonra “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına fikirlərini bildirib: “İlk oyunlar həmişə çətin olur. Birinci hissədə xeyli qol imkanımız olsa da, istifadə edə bilmədik. Rəqib isə, əksinə, iki şansdan birini maksimum dəyərləndirdi. Sevinirəm ki, hesabda geri düşdükdən sonra oyunda dönüş yarada bildik və qələbə qazandıq. Növbəti oyunda qol imkanlarından daha dəqiq istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, “Araz” növbəti oyununu noyabrın 23-də Bakı vaxtı ilə saat 16:00-da İtaliyanın “Montesilvano” komandasına qarşı keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar