Tbilisi “Dinamo”su satışa çıxarıldı
22 noyabr 2010 18:21 (UTC +04:00)

Tbilisi “Dinamo”su satışa çıxarıldı

Lent.az-ın “Georgia Times”ə istinadən verdiyi məlumata görə, Patarkatsşvilinin ailəsi belə qərarın səbəblərinin izah olunduğu bəyanatla çıxış edib.

Sənəddə bildirilir ki, mərhum biznesmenin yaxınlarının “Dinamo”ya dəstəyi daha mümkün deyil. Çünki əvvəllər Patarkatsşviliyə məxsus olmuş aktivləri müdafiə etmək lazımdır: “Bu situasiyanı əlavə olaraq, Gürcüstan məhkəməsinin bizə qarşı müxtəlif səpkili məhdudlaşdırıcı və qadağanedici qərarları da çətinləşdirir. Bu səbəbdən, klub inzibatçılarına məsləhət görürük ki, ekspert marağı göstərən və “Dinamo”nun gələcəyi üçün uzunmüddətli vəsaitləri maliyyələşdirməyə hazır olan yeni investor tapsınlar. Öz tərəfimizdən bəyan edə bilərik ki, ailəmizə məxsus kifayət qədər ciddi daşınmaz əmlak sayılan “Dinamo” klubundakı maraqlarımızı simvolik məbləğə güzəştə getməyə hazırıq. Bir daha bəyan edirik ki, bu addımı böyük təəssüflə atırıq. Hərçənd, bunun klub üçün yeganə və ən yaxşı çıxış yolu olduğuna əminik”.

Qeyd edək ki, Tiflis “Dinamo”su 13 dəfə Gürcüstan çempionu, 9 dəfə ölkə kubokunun və 5 dəfə ölkə Superkubokunun sahibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar