Berti Foqts dünya çempionlarının baş məşqçisi kimi də bacarmadı
Lent.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssis bu dəfə 1990-cı ilin dünya çempionlarından ibarət Almaniya Federativ Respublikasının (AFR) sükanı arxasında uğursuzluqla üzləşib.
Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutan və “Əfsanələr matçı” adlanan qarşılaşmada AFR veteranları Almaniya Demokratik Respublikasının (ADR) veteranlarına uduzub – 1:2. Görüşdə hesabı qərbi almaniyalılar açıblar. 31-ci dəqiqədə Karlhaynts Ridle fərqlənib. Lakin fasilədən sonra baş məşqçi Eduard Geyerin yetirmələri iki qol vurublar. Olaf Marşall 59-cu, Ulf Kirsten isə 69-cu dəqiqədə ADR-in qollarına imza atıb.
Qeyd edək ki, Yurgen Klinsmann, Andreas Köpke, Lotar Matteus, Andreas Breme kimi ulduzların da oynamasına baxmayaraq, qarşılaşmaya o qədər də böyük maraq olmayıb. Matçı cəmi 15400 tamaşaçı izləyib ki, bu da Almaniya futbolu üçün çox aşağı göstəricidir.

Oxşar yazılar

Elnenini xatırlayırsınız? Ərəb klubuna keçəndən sonra arvadını aldadıb - yeni sevgilisi hamilədir
17 iyul 2025 , 14:55
"Mançester Yunayted" heç bir oyunçu satmadan 24 milyon avro qazandı
17 iyul 2025 , 12:39
“Real”ın yeni futbolçusu klubun lənətlənmiş nömrəsini götürdü - Uğur qazanacaqmı?
17 iyul 2025 , 09:39
Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27