Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Neftçi”yə yaxınlaşdı
22 noyabr 2010 10:41 (UTC +04:00)

Unibank Premyer Liqası: “Xəzər Lənkəran” “Neftçi”yə yaxınlaşdı

Baş məşqçi Arif Əsədovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada “Qəbələ”nin müqavimətini qıra bilməyib. Görüş qolsuz heç-heçə ilə nəticələnib. Bununla da “Qəbələ” ardıcıl 8-ci matçını məğlubiyyətsiz başa vurub. “Neftçi”nin xal itkisindən “Xəzər Lənkəran” layiqincə yararlanıb. Cənub klubu Lənkəran şəhər stadionunda qəbul etdiyi “Muğan”ı Alim Qurbanovun “dubl”u sayəsində yenməyi bacarıb. Nəticədə “Neftçi” ilə “Xəzər Lənkəran” arasındakı xal fərqi 1-ə enib.

Daha bir “dubl” AZAL – “Qarabağ” matçında qeydə alınıb. Zohair Benuahi bu mövsüm qeyri-sabit çıxışı ilə seçilən “Qarabağ”ı 2 dəfə məyus edib. “İnter” “Turan”ı 3 cavabsız qolla yensə də, 4-cü pillədən qurtula bilməyib. Əvəzində “Bakı” MOİK-i 4 dəfə məyus edərək, 5-ci pilləyə yüksəlib. Nəhayət, “Gəncə” növbəti xal itkisinə Zaqatalada “Simurq”la matçda məruz qalıb.

20 noyabr (şənbə)

“İnter” (Bakı) – “Turan” (Tovuz) – 3:0

David Odikadze, 2. Mario Santana, 55. Robertas Poşkus, 88

MOİK (Bakı) – “Bakı” – 0:4
Ernad Skuliç, 56; 81. Joel Epalle, 88. Saşa Kaykut, 90+2
Qırmızı vərəqə: Əziz Quliyev, 86

"Simurq" (Zaqatala) - "Gəncə" – 0:0

21 noyabr (bazar)

"Neftçi" (Bakı) - "Qəbələ" – 0:0

"Xəzər Lənkəran" - "Muğan" (Salyan) – 2:0

Alim Qurbanov, 30; 67

AZAL (Bakı) - "Qarabağ" (Ağdam) – 2:0
Zohair Benuahi, 75; 84

1. “Neftçi” – 31 xal
2. “Xəzər Lənkəran” – 30
3. AZAL – 28
4. “İnter” – 27
5. “Bakı” – 21
6. “Qarabağ” – 21
7. “Qəbələ” – 20
8. “Gəncə” – 16
9. “Turan” – 11
10. “Muğan” – 11
11. “Simurq” – 7
12. MOİK – 5.

Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 14 qol.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar