Rəşad Sadıqov liderlə görüşə aparılmadı
Bu haqda Lent.az-a 28 yaşlı müdafiəçinin özünü məlumat verib.
Onun sözlərinə görə, noyabrın 6-da “Fənərbağça” ilə qarşılaşmada dizindən aldığı zədə tam sağalmayıb: “Bu həftə qaçmağa başlamışdım. Lakin yenidən ağrılarım baş qaldırdı. Ona görə də müalicəmi davam etdirməyimə qərar verildi”.
Hazırda Eskişehirdə müalicəsini davam etdirən Sadıqov nə vaxt yaşıl meydanlara dönəcəyini bilmir. O, yalnız ağrıları keçdikdən sonra məşqlərə başlayacağını açıqlayıb.
Qeyd edək ki, “Avnı Aker” stadionunda keçiriləcək “Trabzonspor” – “Eskişehirspor” matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 12 turdan sonra “Trabzonspor” 29 xalla 1-ci, “Eskişehirspor” isə 11 xalla 14-cü yerdə qərarlaşıb.
Elşən MƏMMƏDOV

658