Berti Foqts AFR-in baş məşqçisi oldu
Lent.az-ın məlumatına görə, iki ölkənin birləşməsinin 20-ci ildönümü şərəfinə təşkil olunan və “Əfsanələr matçı” adlanan oyunda bir çox almaniyalı veteran futbolçu çıxış edəcək.
AFR-in heyətində Yurgen Klinsmann, Andreas Köpke, Lotar Matteus, Andreas Breme, Tomas Bertold, Ştefan Röyter, Tomas Helmer, Kristian Vörns, Mixael Şults, Qvido Buhvald, Hansi Müller, Uli Borovka, Karlhaynts Ridle kimi məşhur oyunçular yer alacaqlar. Baş məşqçi isə Berti Foqts olacaq.
ADR-in tərkibində isə Tomas Doll, Ulf Kirsten, Andreas Tom, Detlef Şösler, Darius Voş, Olaf Marşall, Matias Döşner, Frank Liberam, Perri Brautiqam və digərləri çıxış edəcəklər. Komandaya Eduard Geyer başçılıq edəcək.
Bakı vaxtı ilə saat 23:15-də başlanacaq görüş Almaniyanın Leypsiq şəhərindəki “Red Bull Arena”da baş tutacaq.
Qeyd edək ki, Berti Foqts 1990-cı ildə Almaniya millisi dünya çempionu olarkən, baş məşqçi Frants Bekkenbauerin köməkçisi olub. Mundialdan sonra yığmanın baş məşqçisi təyin olunan Foqts bu vəzifədə 8 il çalışıb.

Oxşar yazılar

"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49