Ronaldu: “Azərbaycanın qapısına təmiz qol vurduğumu kor da görərdi”
19 noyabr 2010 23:28 (UTC +04:00)

Ronaldu: “Azərbaycanın qapısına təmiz qol vurduğumu kor da görərdi”

Lent.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi bu haqda “Marca” qəzetinə açıqlamasında bildirib.

O, 4 il öncə Portu şəhərindəki “Dragao” stadionunda millimizlə matçda vurduğu gözəl qolun qeydə alınmadığını xatırladıb: “Yadımdadır, başımın üzərindən aşırma zərbə ilə qol vurmuşdum. Amma bu qolu saymamışdılar. Halbuki top qapı xəttini yarım metr keçmişdi. Başa düşmürəm, nəyə görə qolu saymadılar. Səbəbini izah etməyə söz tapmıram. Hətta kor da görə bilərdi ki, qol var idi”.

Noyabrın 17-də keçirilmiş yoldaşlıq görüşünün 36-cı dəqiqəsində Ronaldunun İspaniya yığmasının qapısına vurduğu gözəl qol da hesaba alınmayıb. Buna Naninin qapı xətti üzərində topa başı ilə toxunması səbəb olub. Məşhur futbolçunun fikrincə, yığmanın heyətində vurduğu ən gözəl qollar daim ləğv olunub.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçında meydan sahibləri böyük hesabla qalib gəliblər – 3:0. Qollardan ikisini məhz Kriştianu Ronaldu vurub.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 606

Oxşar yazılar