“Qəbələ” “Neftçi”yə qarşı var gücü ilə oynayacaq
19 noyabr 2010 17:02 (UTC +04:00)

“Qəbələ” “Neftçi”yə qarşı var gücü ilə oynayacaq

Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi” futbol klubunun baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibəsində deyib.


Əsədovun fikrincə, noyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə “Qəbələ” “Neftçi”yə qarşı var gücü ilə oynayacaq. O, fikirlərini rəqibin ilk “6-lığ”a düşməyə iddialı olması ilə əlaqələndirib: “Qəbələ” Unibank Premyer Liqasında güclü komandalardan biridir. Ötən mövsüm bizim üçün ən arzuolunmaz rəqiblərdən idi. Əlbəttə hər bir komanda meydanı qalib kimi tərk etmək istəyir. Düşünürəm ki, digər komandalar kimi “Qəbələ” də bizə qarşı var gücü ilə oynayacaq”.


“Neftçi”nin baş məşqçisi Rail Məlikov, Paulius Qribauskas və Flavinyonun zədəli olduğunu xatırlatsa da, kollektivdəki əhval-ruhiyyənin yüksək qiymətləndirib. O bildirib ki, qarşılarında duran yeganə məqsəd 3 xal qazanmaq və turnir cədvəlinin zirvəsindəki mövqelərini bir qədər də möhkəmlətməkdir.


Qeyd edək ki, “Neftçi” – “Qəbələ” matçı saat 16:00-da başlanacaq. Bu komandalar arasında ilk dövrədə keçirilmiş görüş flaqmanın qələbəsi ilə nəticələnib – 2:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar