İsmayıl İsmayılov: “Günah dopinq cəzası alan idmançılarımızın özlərindədir”
19 noyabr 2010 16:33 (UTC +04:00)

İsmayıl İsmayılov: “Günah dopinq cəzası alan idmançılarımızın özlərindədir”

Baş verənlərdə günahı idmançıların özlərində görürəm”. Bu fikirləri Lent.az-a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

İsmayılovun sözlərinə görə, Fətullayev və Zülfüqarov səhlənkarlıq ucbatından cəzalarını alıblar. Halbuki onlara öncədən dopinq təhlükəsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq olunub: “Nazirlik və federasiyada idmançıların iştirakı ilə keçirdiyimiz toplantılarda bildirmişik ki, özbaşına hətta baş ağrısı dərmanı da qəbul etməyin. Bununla belə, onlar məşqçilərindən və həkimlərdən xəbərsiz hərəkət ediblər”.

Bununla belə, AAAF rəsmisi ağırlıqqaldıranlarımıza qarşı özlərinin də hər hansı tədbir görməyəcəklərini vurğulayıb. İsmayılov bunu Fətullayevlə Süleymanovun özlərinin-özlərini cəzalandırması ilə əlaqələndirib. O, cəza müddətinin azaldılması məqsədilə İWF-lə danışıqlar aparacaqlarını söyləsə də, müsbət nəticənin əldə olunacağına inamının az olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, Rövşən Fətullayev və Zülfüqar Süleymanov apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında mükafatçılar sırasına düşüb. Fətullayev (94 kq) gümüş, Süleymanov (62 kq) bürünc medal qazanıb. Lakin onların orqanizmindən götürülmüş analizlər müsbət nəticə verib. Süleymanovdan tostesteron, Fətullayevdən isə metandionon tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və istifadəsi qadağan olunub. İWF-in qərarına əsasən, ağırlıqqaldıranlarımız müvafiq olaraq, 2014-cü il aprelin 6-sı və 10-dək diskvalifikasiyaya məruz qalıblar.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar