“Qalatasaray” məşhur futbolçunu heyətdən kənarlaşdırdı
19 noyabr 2010 13:00 (UTC +04:00)

“Qalatasaray” məşhur futbolçunu heyətdən kənarlaşdırdı

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı hücumameylli yarımmüdafiəçi baş məşqçi George Hacının istəyilə əvəzedici heyətə göndərilib.

Hacı Misimoviçin hazırkı durumundan və nizam-intizamından narazı qalıb. O, klub rəhbərliyi ilə söhbətində “Meydançada yalnız saqqız çeynəməyi bacarır. Məsuliyyətsizdir. Komanda uduzanda sanki vecinə deyil. O, kollektivdəki ab-havanı da poza bilər. Belə oyunçuya ehtiyacım yoxdur” deyib.

Qeyd edək ki, Zvyezdan Misimoviç yeni mövsüm öncəsi 8 milyon avro qarşılığında Almaniyanın “Volfsburq” klubundan transfer edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar