Azərbaycanın iki idmançısı 4 il müddətinə cəzalandırıldı - FOTO
Lent.az-ın İWF-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki ağırlıqqaldıranımız 4 il müddətinə bütün yarışlardan kənarlaşdırıb.
Artıq müvafiq sənəd Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) da göndərilib. Süleymanovun cəzası 2010-cu il aprelin 6-dan, Fətullayevin cəzası isə 2010-cu il aprelin 10-dan qüvvəyə minib. Onlar 2014-cü il aprelin 6-sı və 10-dək diskvalifikasiyaya məruz qalıblar.
Qeyd edək ki, hər iki ağırlıqqaldıranımız apreldə Belarusun paytaxtı Minskdə keçirilmiş Avropa çempionatında mükafatçılar sırasına düşüb. Fətullayev (94 kq) gümüş, Süleymanov (62 kq) isə bürünc medal qazanıb. Lakin onların orqanizmindən götürülmüş analizlər müsbət nəticə verib. Fətullayevdən metandionon, Süleymanovdan isə tostesteron tapılıb. Hər iki maddə gücü və əzələlərin müqavimət qüvvəsini artırmaq üçün nəzərdə tutulub və onların istifadəsi qadağan olunub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

“Fənərbaxça” - “Beşiktaş” oyununun baş hakimi müəyyənləşdi
30 aprel 2025 , 20:34
Bu mövsüm bir oyunda meydana çıxmayıb: “Yuventus” müqaviləsini uzatdı
30 aprel 2025 , 19:20Super Kubok oyununda arılar hakimə hücum etdi - VİDEO
30 aprel 2025 , 12:20
"Bayer" Alonso "Real"a keçərsə, yerinə əvəzləyici tapdı
30 aprel 2025 , 09:37
"Arsenal" öz meydanında "PSJ"yə uduzdu
30 aprel 2025 , 01:02
Sara “Mançester Siti”nin hədəfində
29 aprel 2025 , 22:03
Cazibədar futbolçu cazibədar FOTOLARI ilə azarkeşləri heyran edir
29 aprel 2025 , 19:59