FİFA İcraiyyə Komitəsinin üzvlərinə şok cəza
Lent.az-ın məlumatına görə, bu haqda ali futbol qurumunun Etika Komitəsi qərar çıxarıb.
Nigeriyalı Amos Adamunun qarşıdakı 3 il müddətində futbolla bağlı istənilən fəaliyyətlə məşğuliyyətinə qadağa qoyulub. FİFA-nın vitse-prezidenti vəzifəsində çalışan taitili Reynald Temarii isə 1 illik diskvalifikasiya edilib. Hər iki məmura qarşı araşdırmalar “The Sunday Times” nəşrində dərc olunan məqalədən sonra başlayıb. Onlar 2018-ci il dünya çempionatının təşkilatçısını müəyyənləşdirmək üçün keçiriləcək səsvermədə səslərini özlərini sifariş komitəsinin lobbiçiləri kimi təqdim edən reportyorlara satmağa razılaşıblar. Adamu və Temariidən başqa “The Sunday Times”dəki məqalədə adları hallanan daha 4 FİFA rəsmisi də cəzalandırılıb. Onlar reportyorlara FİFA İcraiyyə Komitəsi üzvlərinə üz tutmağı və rüşvət təklif etməyi məsləhət görüblər. FİFA-nın mübahisəli məsələlərin həlli üzrə komitəsinin rəhbəri, tunisli Slim Alilu 2, Tonqa Futbol Assosiasiyasının baş katibi Axonqalu Fusimalohi və FİFA Hakimlər Komitəsinin üzvü, malili Amadu Diakite 3, Afrika Futbol Konfederasiyasının fəxri üzvü, botsvanalı İsmayıl Bhamci 4 illik diskvalifikasiya ediliblər.
FİFA Etika Komitəsi İspaniya və Portuqaliyanın 2018-ci il dünya çempionatına, Qətərin isə 2022-ci il mundialı üçün sifariş komitələrinə qarşı araşdırma da aparıblar. İki sifariş komitəsi səsvermə mübadiləsində şübhəli bilinirdi. Lakin komitə belə bir anlaşmanın əldə olunduğuna dair sübut tapmayıb.
Qeyd edək ki, Amos Adamu və Reynald Temariinin diskvalifikasiyası onu göstərir ki, iki dünya çempionatının seçimi prosesində FİFA İcraiyyə Komitəsinin 24 yox, 22 üzvü iştirak edəcək. 2018-ci il dünya çempionatına İspaniya – Portuqaliya duetindən əlavə, Rusiya, İngiltərə, eləcə də Belçika – Hollandiya cütlüyü. 2022-ci il mundialına isə ABŞ, Avstraliya, Yaponiya, Cənubi Koreya və Qətər iddialıdır. Seçkilər dekabrın 2-də İsveçrənin Sürix şəhərində keçiriləcək FİFA İcraiyyə Komitəsinin iclası çərçivəsində reallaşacaq.

576