“Neftçi”nin ikinci dövrəyə hazırlıq planı müəyyənləşdi
18 noyabr 2010 15:34 (UTC +04:00)

“Neftçi”nin ikinci dövrəyə hazırlıq planı müəyyənləşdi

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, flaqman üzvləri gələn ilin oyunlarına 3 mərhələdə hazırlaşacaqlar.

Futbolçular əvvəlcə yanvarın 7-8-də Bakıda tibbi baxışdan keçəcəklər. “Ağ-qaralar” yanvarın 10-da ölkə xaricinə yollanacaqlar. Türkiyənin Antalya şəhərində keçiriləcək ilkin mərhələ yanvarın 20-də yekunlaşacaq. İkinci mərhələ isə 24 yanvar - 4 fevral aralığında yenidən Antalyada baş tutacaq.

“Neftçi” toplanış çərçivəsində bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq. Hazırlığın sonuncu mərhələsi isə Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar