Anar Salmanov yenə hakimlikdən kənarlaşdırıldı
18 noyabr 2010 13:17 (UTC +04:00)

Anar Salmanov yenə hakimlikdən kənarlaşdırıldı

Lent.az-ın məlumatına görə, AFFA Hakimlər Komitəsi “Neftçi” və “Qəbələ” arasında keçiriləcək turun mərkəzi görüşünü FİFA referisi Fariz Yusifova həvalə edib.

Yusifovun baş hakim olacağı qarşılaşmada ehtiyat hakim funksiyasını digər beynəlxalq dərəcəli hakim Vüsal Əliyev yerinə yetirəcək. Ötən tur “Muğan” – “Neftçi” matçında mübahisəli qərarları ilə yadda qalan Anar Salmanova isə heç bir oyuna təyinat verilməyib. O, I divizion və əvəzedici heyətlərin oyunlarına da göndərilməyib. Həmin görüşdə əsasən, “Muğan” rəhbərliyi Salmanovun idarəçiliyindən narazı qalıb. FİFA referisi topun “Neftçi”nin oyunçusunun əlinə dəydiyi epizodda penalti təyin etməyib.

Qeyd edək ki, Salmanov VI turda “Muğan”la “Xəzər Lənkəran” arasındakı qarşılaşmadan sonra da 5 oyunluq cəzalandırılmışdı.

20 noyabr (şənbə)
16:00. “İnter” (Bakı) – “Turan” (Tovuz)
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Mübariz Haşımov, Elvin Əsgərov
“Şəfa” stadionu.

MOİK (Bakı) – “Bakı”
Hakimlər: Əfqan Həmzəyev, Zeynal Zeynalov, Elşən Durmuşov, Tahir Əhmədov
T.Bəhramov adına Respublika stadionu. Saat 14:00

"Simurq" - "Gəncə"
Hakimlər: Ceyhun Haşımov, Habil Əliyev, Ramiz Əsədov, Rasim Məmmədov
Zaqatala şəhər stadionu. Saat 14:00

21 noyabr (bazar)

"Neftçi" - "Qəbələ"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, İlham Əliyev, Vüsal Əliyev
T.Bəhramov adına Respublika stadionu. Saat 16:00

"Xəzər Lənkəran" - "Muğan"
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, Coşqun Həsənov, Teymur Fərhadov
Lənkəran şəhər mərkəzi stadionu. Saat 16:00

AZAL - "Qarabağ"
Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Yaşar Abbasov, Alik Yunusov
"Şəfa" stadionu. Saat 14:00
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar