İspaniya yığması son 68 ildə ilk dəfə 0:4 hesabı ilə uduzdu
18 noyabr 2010 12:19 (UTC +04:00)

İspaniya yığması son 68 ildə ilk dəfə 0:4 hesabı ilə uduzdu

Lent.az-ın məlumatına görə, Avropa və dünya çempionlarını Portuqaliya milli komandası darmadağın edib.

Lissabondakı “Eştadiu da Luj” stadionunda keçirilmiş qarşılaşmada ispaniyalılar özlərinə məxsus tərzdə topa nəzarət etməyə çalışsalar da, portuqaliyalılar əks-hücumlardan layiqincə yararlanıblar. Hesabı ilk yarının son dəqiqəsində Karluş Martins açıb. Fasilədən sonra oyun eyni ssenari üzrə davam edib. 49-cu və 68-ci dəqiqələrdə Elder Poştiqa “dubl” edib. İkinci hissəyə əlavə edilmiş dəqiqələrdə isə Uqu Almeyda yekun nəticəni müəyyənləşdirib. Hesab daha biabırçı həddə ola bilərmiş. Lakin ilk yarıda hakim Kriştianu Ronaldunun qaydalar çərçivəsində vurduğu qolu saymayıb.

Qeyd edək ki, İspaniya millisi sonuncu dəfə 0:4 hesabı ilə 1942-ci ildə İtaliyaya uduzub. 2010-cu ilin sentyabrında isə son dünya çempionu yoldaşlıq görüşündə Argentinaya daha az fərqlə məğlub olub - 1:4.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar