Tanınmış futbolçu Kamal Quliyev karyerasını başa vurdu – EKSKLÜZİV
O bildirib ki, ötən mövsüm çıxış etdiyi Sumqayıtın “Standard” komandası fəaliyyətini faktiki dayandırdıqdan sonra Unibank Premyer Liqasının iddiasız klubları və I divizion təmsilçilərindən təkliflər alıb. Lakin o, təklifləri qəbul etməyib. İddialı klublar isə bir neçə mövsüm öncə ürəyində yaranan problemlə əlaqədar futbolçunun müalicə olunmasından sonra ona maraq göstərməyiblər.
Noyabrın 14-də 34 yaşını qeyd etmiş Quliyev 8 ilədək formasını geyindiyi “Neftçi”nin heyətində vida matçı keçirmək istədiyini söyləyib. O, vida görüşünə flaqmanın heyətində vaxtilə çıxış etdiyi və hazırda oynayan futbolçuları, eləcə də ölkəmizdə top qovan legionerləri çağırmaq niyyətindədir. Futbolçu bu məqsədlə yaxın vaxtlarda “Neftçi” rəhbərliyinə müraciət edəcək. Quliyev tezliklə məşqçi kimi çalışmaq istədiyini də diqqətə çatdırıb. O, Bakıda və Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq məşqçilik kurslarına qatılacağını bildirib.
Qeyd edək ki, Kamal Quliyev əvvəllər “Sumqayıt”, “Neftçi”, “Karvan”, “Xəzər Lənkəran”, eləcə də Ukraynanın “Volın” klublarında da forma geyinib. Azərbaycan milli komandasında da oynamış Quliyev uzun müddət əsas heyətdə meydançaya çıxıb.
Kamal Quliyevlə geniş müsahibəni az sonra Lent.az-da oxuya bilərsiniz...
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24