2010-cu ilin ən yaxşı qoluna namizədlərdən birinin müəllifi türkdür
Lent-azın məlumatına görə, siyahıya Türkiyə milli komandasının futbolçusu Həmid Altıntopun 2012-ci il Avropa çempionatının seçmə qrup matçında Qazaxıstanın qapısından keçirdiyi qol da daxil edilib.
Sentyabrın 3-də Astanada keçirilmiş qarşılaşmada Altıntop saxlamadan topa uzaq məsafədən qüvvətli və dəqiq zərbə endirib. Digər namizədlər isə Lionel Messi, Samir Nəsri, Neymar, Aryen Robben, Kumi Yokoyama, Metyu Barous, Linus Hallenius, Sifive Tşabalala və Covanni van Bronkhorstdur. FİFA-nın rəsmi saytında aparılan sorğu nəticəsində ən çox səs yığan futbolçu 2011-ci il yanvarın 10-da İsveçrənin Sürix şəhərində açıqlanacaq.
Qeyd edək ki, Macarıstan milli komandası və İspaniyanın “Real” klubunun əfsanəvi futbolçusu Ferents Puşkaşın adına verilən mükafatın ilk sahibi Kriştianu Ronaldu olub. Portuqaliya yığmasının yarımmüdafiəçisi “Mançester Yunayted”də çıxış etdiyi vaxt Çempionlar Liqası qarşılaşmasında “Portu”nun qapısına 35 metrlik məsafədən gözəl qol vurub.

513