Yoldaşlıq görüşləri: Belçika uddu, Almaniya heç-heçə etdi, Avstriya və Türkiyə uduzdu
18 noyabr 2010 10:52 (UTC +04:00)

Yoldaşlıq görüşləri: Belçika uddu, Almaniya heç-heçə etdi, Avstriya və Türkiyə uduzdu

Lent.az-ın məlumatına görə, Azərbaycan yığmasının 2012-ci il Avropa çempionatının seçmə mərhələsində yer aldığı A qrupundakı 5 rəqibindən 4-ü yoxlama matçında qüvvəsini sınayıb.

Onlardan yalnız Belçika millisi qələbəyə nail olub. “Qırmızı şeytanlar” Voronejdə Rusiya yığmasını məğlubiyyətə uğradıblar – 2:0. 2-ci və 73-cü dəqiqələrdə Romelu Lukaku fərqlənib. Almaniya səfərdə İsveçlə heç-heçə edib – 0:0. Avstriya öz meydançasında Yunanıstana uduzub – 1:2. Qonaqların heyətində hər iki topu Georgios Samaras (dəq. 48 və 81), meydan sahiblərindən isə Kristian Fuxs (dəq. 67) vurub. Türkiyə millisi səfərdə Hollandiyaya yenilib – 0:1. 52-ci dəqiqədə Klas Yan Huntelar fərqlənib. Qazaxıstan isə yoldaşlıq görüşü keçirməyib.

Qeyd edək ki, Azərbaycan yığması Podqoritsada Çernoqoriya ilə üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Qolları Luka Peyoviç (dəq. 62) və Fatoş Beçiray (dəq. 74) vurub.

Burkina Faso – Qvineya – 2:1
Malavi – Ruanda – 2:1
Mozambik – Zimbabve – 1:3
Səudiyyə Ərəbistanı – Qana – 0:0
Uqanda – Trinidad və Tobaqo – 0:0
Çin – Latviya - 1:0
Honq Konq – Paraqvay – 0:7
Çernoqoriya – AZƏRBAYCAN – 2:0
Oman – Belarus – 0:4
İran – Nigeriya – 0:0
Küveyt – İraq – 1:1
Slovakiya – Bosniya və Herseqovina – 2:3
Rusiya – Belçika – 0:2
Estoniya – Lixtenşteyn – 1:1
Albaniya – Makedoniya – 0:0
Argentina – Braziliya – 1:0
Bolqarıstan – Serbiya – 0:1
Macarıstan – Litva – 2:0
Seneqal – Qabon – 2:1
Misir – Avstraliya – 3:0
İsrail – İslandiya – 3:2
Mali – Konqo – 3:1
Danimarka – Çexiya – 0:0
Lüksemburq – Əlcəzair – 0:0
İsveçrə - Ukrayna – 2:2
Avstriya – Yunanıstan – 1:2
İtaliya – Rumıniya – 1:1
Hollandiya – Türkiyə - 1:0
Polşa – Kot d İvuar – 3:1
CAR – ABŞ – 0:1
İsveç – Almaniya – 0:0
İrlandiya – Norveç – 1:2
Şimali İrlandiya – Mərakeş – 1:1
Sloveniya – Gürcüstan – 1:2
İngiltərə - Fransa – 1:2
Portuqaliya – İspaniya – 4:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar