Dünya və Avropa çempionu gücünü Mingəçevirdə də göstərdi -
Lent.az-ın məlumatına görə, iki gün davam etmiş mübarizəyə ümumilikdə 56 kişi və 8 qadın idmançı qatılıb.
Onlar 5 ölkəni – Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və İranı təmsil ediblər. Kayakçıların yarışında 35 kişi, 8 qadın avarçəkən qüvvəsini sınayıb. Kişilərdən 30-u Azərbaycanın, 4-ü Gürcüstanın, 1-i İranın, qadınlardan 3-ü Azərbaycanın, 3-ü Gürcüstanın, 2-si Ukraynanın idman şərəfini qoruyub. 21 kanoeçidən isə 11-i Azərbaycanı, 4-ü Rusiyanı, 4-ü Gürcüstanı, 2-si isə Ukraynanı təmsil edib. Başqa sözlə, 64 kayak və kanoeçi arasında Azərbaycanın 44, Gürcüstanın 11, Rusiya və Ukraynanın hərəyə 4, İranın 1 idmançısı yer alıb.
Kayak və kanoeçilər əvvəlki illərdə keçirilmiş analoji turnirlərlə müqayisədə keyfiyyət baxımından da fərqləniblər. Xüsusən, kanoeçilərdən böyüklər arasında dünya çempionu Valentin Demyanenko, Avropa çempionu və dünya çempionatlarının mükafatçıları Sergey Bezuqlıy və Maksim Prokopenko, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının finalçısı Adnan Əliyev, yeniyetmələr arasında dünya çempionları Roman Ananyev və Leonid Tilş, Avropa çempionatının gümüş mükafatçısı Andrey Kraytor belələrindəndir. Kayakçıların yarışında isə Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 1996-cı il Atlanta, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının iştirakçısı Nataliya Fikilisova, beynəlxalq turnirlərin mükafatçıları Vlada Kositskaya, Rüfət Vəlizadə, Mirnazim Cavadov, Tamerlan Mustafayev, Vahid Həsənov və digərləri çıxış ediblər. Onlar 1000 metr, 500 metr və 200 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayıblar.
Yalnız qadınların kayak yarışları istisna olmaqla, digər yürüşlərdə qızıl medallara Azərbaycan təmsilçiləri yiyələniblər. Mirnazim Cavadov fərdi mübarizədə 1 qızıl, üstəlik Rüfət Vəlizadə ilə birgə 2 nəfərlik qayıqla yürüşdə daha 2 qızıl medal, Tamerlan Mustafayev 2 qızıl, 1 gümüş, Yasin Əhmədov – Sahib Hüseynov dueti isə 1 qızıl, 1 gümüş medal qazanıblar.
Kanoeçilərin 200 metr məsafəyə sprinter yürüşündə ikiqat dünya çempionu Valentin Demyanenko nəyə qadir olduğunu bir daha sübuta yetirib. Digər təmsilçimiz Andrey Kraytor Demyanenkoya cəmi 0,83 saniyə uduzsa da, Leonid Tilşi 0,85 saniyə geridə qoya bilib. Bununla belə, Kraytor 500 metrlik məsafəni hamıdan öndə qət edib. Ona daha iki kanoeçimiz Maksim Prokopenko və Adnan Əliyev də mane ola bilməyib. Əvəzində 1000 metr məsafəyə yürüşdə Əliyev 1 nəfərlik, Prokopenko isə Sergey Bezuqlıyla birgə 2 nəfərlik qayıqla hamını üstələyib. Rusiyalı kanoeçilər ən yaxşı halda 2-ci yerlə kifayətləniblər.
Qadınların mübarizəsində ukraynalı kayakçılar hamıdan üstün olub. Vlada Kositskaya 500 metr və 200 metr, Nataliya Fikilikova isə 1000 metr məsafəni öndə tamamlayıb. Azərbaycanlı kayakçılar Nuriyə Axundova, Yaqut Məmmədova və Gülsüm Qafarova güclü rəqibləri ilə sonadək yarışıblar.

1214