“Heç kimə belə zədə arzulamıram”
15 noyabr 2010 17:49 (UTC +04:00)

“Heç kimə belə zədə arzulamıram”

Lent.az-ın məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov futbol klubunun rəsmi saytına açıqlamasında deyib.

18 yaşlı yarımmüdafiəçi 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada “Muğan”ın kobud oyunundan şikayətlənib: “Oyunun gedişində Flavinyonun bu cür zədə alacağını gözləmirdik. O, komandamıza çox kömək edir. Ümumiyyətlə, rəqib futbolçular çox kobud oynayırdılar. Meydanda belə sərt mübarizə aparmaq olar, ancaq rəqibi bilərəkdən zədələmək yaxşı hal deyil. Heç kimə belə zədə almağı arzulamıram. Flavinyoya tezliklə zədəsini sağaldaraq, meydana qayıtmağı arzu edirəm”.

Qeyd edək ki, “Muğan” – “Neftçi” matçının 13-cü dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Novruz Məmmədov oktyabrda Unibank Premyer Liqasının ən yaxşı futbolçusu seçilmiş Flavinyonun ayağına güclü zərbə endirib. Nəticədə meydançanı xərəkdə tərk edən braziliyalı yarımmüdafiəçi təcili xəstəxanaya çatdırılıb. Sol ayağında qırıq aşkarlanan yarımmüdafiəçi 2011-ci ilin fevralınadək sıradan çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622

Oxşar yazılar