AFFA daha bir qapıçını 4 oyunluq cəzalandırdı
Lent.az-ın məlumatına görə, gürcüstanlı qolkiperi belə ağır cəzaya AFFA İntizam Komitəsi məruz qoyub.
Qventsadze Unibank Premyer Liqsasının XIII turunda AZAL-la 1:1 hesabı ilə nəticələnən oyun vaxtı rəqibə əllə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alaraq, meydançadan qovulub. Bu səbəbdən, MOİK-ə 4 min manat cərimə də kəsilib.
“Muğan” – “Neftçi” matçında isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat ziyana düşüb. Qarşılaşmada qonaqlar qalib gəlib – 3:0.
Qeyd edək ki, bundan öncə qapıçılardan “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayevə 4 oyunluq cəza verilib. Sonradan onun cəzası 2 oyuna endirilib.

902