İbrahimovic Materatsini xəstəxanalıq etdi
Lent.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi “Milan” komandası ilə noyabrın 14-də keçirilmiş ölkə çempionatı matçında rəqib hücumçu Zlatan İbrahimoviçlə toqquşub.
İkinci hissənin ortalarında baş vermiş epizodda Materatsi başından diz zərbəsi “yeyib”. Meydançanı xərəkdə tərk edən təcrübəli oyunçu xəstəxanaya çatdırılıb. “İnter”in baş məşqçisi Rafael Benites Materatsinin nokauta düşdüyünü etiraf etsə də, zədənin ciddi olmadığını vurğulayıb. O, baş verənlərdə İbrahimoviçi günahlandırmadığını əlavə edib. Futbolçunun xəstəxanadan çıxacağı tarix məlum deyil.
Qeyd edək ki, “Milan”ın 1:0 hesablı qələbə qazandığı görüşdə yeganə topu məhz Zlatan İbrahimoviç penalti zərbəsindən vurub.

511