Zlatan İbrahimoviç taekvondo üzrə qara kəmər aldı –
15 noyabr 2010 11:51 (UTC +04:00)

Zlatan İbrahimoviç taekvondo üzrə qara kəmər aldı –

Lent.az-ın “Sky Sport 24”ə istinadən verdiyi məlumata görə, 29 yaşlı hücumçuya nüfuzlu kəməri italiyalı tanınmış taekvondoçu, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Mauro Sarmiento təqdim edib.

İbrahimoviç uşaqlıqdan taekvondo ilə yanaşı, kikboksinqlə də maraqlanıb. Bir müddət öncə İbrahimoviç bu məharətini “Milan”dakı komanda yoldaşı Oquçi Onyevuya da göstərib. Məşq vaxtı iki futbolçu azarkeşlər qarşısında dalaşdıqları üçün baş məşqçi Massimiliano Alleqri hazırlıq prosesini vaxtından əvvəl dayandırmalı olub.

Qeyd edək ki, “Milan” İtaliya çempionatının ötən turunda prinsipial rəqibi “İnter”i məğlub edərək, liderliyini qoruyub. Yeganə topu 5-ci dəqiqədə penaltidən məhz Zlatan İbrahimoviç vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar