“Muğan” daha 2 futbolçunu göndərdi
Klubun vitse-prezidenti Bəhruz Şirəliyevin Lent.az-a verdiyi məlumata görə, bunlar qapıçı İrfan Feyziçlə müdafiəçi İliya Prodanoviçdir.
Belə qərara bosniyalı oyunçuların son oyunlarda zəif çıxışı səbəb olub. Xüsusən, “Neftçi” ilə Unibank Premyer Liqasının XIII tur qarşılaşmasında Feyziç və Prodanoviç kobud səhvləri ilə yadda qalıblar.
Qeyd edək ki, “Muğan” rəhbərliyi bundan öncə Ruhid Usubovu əvəzedici komandaya göndərib, Fərrux İsmayılov və Vüsal Hüseynovu isə qovub.

580