Dünya çempionatının finalçıları məlum oldu
13 noyabr 2010 17:47 (UTC +04:00)

Dünya çempionatının finalçıları məlum oldu

Lent.az-ın məlumatına görə, noyabrın 14-də Tokioda baş tutacaq həlledici görüşdə Rusiya ilə Braziliya milliləri üz-üzə gələcək.

Yarımfinalda Rusiya ABŞ-ı 3:1 (25:16, 13:25, 25:19, 25:21), Braziliya isə Yaponiyanı 3:2 (22:25, 33:35, 25:22, 25:22, 15:11) hesabı ilə məğlub edib. Hər iki finalçı dünya çempionatında məğlubiyyət üzü görməyib. 3-cü yer uğrunda görüşdə isə Yaponiya ilə ABŞ qarşılaşacaq.

Qeyd edək ki, Rusiya millisi bundan öncə 2006-cı ildə elə Yaponiyada təşkil olunmuş dünya çempionatında qızıl medal qazanıb. Braziliya yığması isə heç vaxt bu titula yiyələnə bilməyib. 1994 və 2006-cı illərdə “sambaçı”lar gümüş medala sahib olublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar