“Cəhənnəm ol” sözü Joze Mourinyoya baha başa gəldi
13 noyabr 2010 17:21 (UTC +04:00)

“Cəhənnəm ol” sözü Joze Mourinyoya baha başa gəldi

Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis noyabrın 10-da “Mursiya” ilə keçirilən İspaniya çempionatının 1/16 final mərhələsinin cavab görüşündə baş hakim Xose Luis Paradosu alçaldıb.

“Real”ın 5:1 hesabı ilə qalib gəldiyi matçın 37-ci dəqiqəsində Mourinyo hakimi “cəhənnəmə göndərib”. Əvəzində Parados onu məşqçilər skamyasından qovub.

İspaniya Futbol Federasiyasının qərarına əsasən, baş məşqçi “kral klubu”nun noyabrın 14-də “Sportinq”, bundan 6 gün sonra isə “Malaqa” ilə ölkə çempionatı qarşılaşmalarını buraxmalı olacaq. Öz növbəsində Mourinyo baş hakimdən üzr istəməkdən imtina edib. O bildirib ki, komandası özünün diskvalifikasiyasını aparıcı oyunçularından birinin cəzalandırılmasından asan yoluna qoyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar