Hiddink Azərbaycana uduzan Türkiyə millisinin tərkibini dəyişdi
13 noyabr 2010 10:43 (UTC +04:00)

Hiddink Azərbaycana uduzan Türkiyə millisinin tərkibini dəyişdi

Azərbaycanla oyunda uduzan Türkiyə yığmasında hər kəsi oturub susmağa çağıran Türkiyə milli komandasının baş məşqçisi Qus Hiddink hərəkətə keçib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə yığmasının tərkibi əsaslı şəkildə dəyişib.


Baş məşqçi Hollandiya ilə yoldaşlıq görüşü ilə bağlı 9 yeni oyunçunu yığmaya dəvət edib, Azərbaycan-Türkiyə oyununda siyahıda olan 16 futbolçu isə artıq yığmaya çığırmayıb.


Türkiyə yığmasının yeni tərkibində Gokhan Gönül, Sabri Sarıoğlu, Sərvət Çətin, Sərdar Kesimal, İbrahim Öztürk, Ersan Gülüm, İsmail Köybaşı, Gökhan Süzen, Hamit Altıntop, Yekta Kurtuluş, Selçuk İnan, Yiğit İncedemir, Orhan Gülle, Nuri Şahin, Mehmet Ekici İbrahim Akın, Engin Baytar, Batuhan Karadeniz, Burak Yılmaz, Umut Bulut və Kolin Kazım yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar