Ronaldinyo ABŞ-da oynayacaq
Lent.az-ın “Gazzetta della Sport”a istinadən verdiyi məlumata görə, braziliyalı yarımmüdafiəçi “Los Anceles Qalaksi” (ABŞ) ilə anlaşıb.
“Sambaçı”nın həm də meneceri olan qardaşı Roberto de Assis amerikalılarla danışıqlar masasına oturub və Ronaldinyonun növbəti mövsümdən ABŞ çempionatında çıxış etməsinə dair razılığa gəlib. 30 yaşlı ulduzun “Milan”la hazırkı müqaviləsi 2011-ci ilin yayında başa çatacaq. “Rossonyerlər”in rəhbərliyi onunla yenidən anlaşmaq istəsə də, buna nail ola bilməyib. “Los Anceles Qalaksi” isə Ronaldinyoya hər il üçün 7 milyon avro olmaqla, 4 illik müqavilə təklif edib.
Qeyd edək ki, Ronaldinyo 2008-ci ilin yayından “Milan”da çıxış edir. O, “qara-qırmızılar”ın heyətində İtaliya çempionatında 65 matçda 20 qol vurub. Təcrübəli yarımmüdafiəçi əvvəllər Braziliyanın “Qremio”, Fransanın PSJ və İspaniyanın “Barselona” klublarının da formasını geyinib.

Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59