Dünya çempionatının ən yaxşı futbolçusunun evlənəcəyi gözəl
11 noyabr 2010 14:52 (UTC +04:00)

Dünya çempionatının ən yaxşı futbolçusunun evlənəcəyi gözəl

Lent.az-ın məlumatına görə, bu haqda Uruqvay milli komandasının və İspaniyanın “Atletiko” klubunun hücumçusu ölkəsindəki telekanallardan birinə açıqlama verib.

31 yaşlı forvard məşhur argentinalı model Zaira Nara ilə ailə quracaq. 22 yaşlı gözəllə Forlan arasında münasibətlər 2008-ci ilin dekabrından yaranıb. Onların sevgi macərasından hamı bir ay sonra xəbər tutub.

Futbolçu nikah tarixi və yerini açıqlamayıb. O, xeyli uşaq dünyaya gətirmək istədiklərini bildirib.

Qeyd edək ki, Zaira Nara heç də az məşhurluq qazanmayan argentinalı gözəl Vandanın kiçik bacısıdır. Vanda isə İtaliyanın “Kataniya” klubunun futbolçusu Maksi Lopesin həyat yoldaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar