Rəşad Sadıqov: “Mənə “Eskişehirspor”da avtomobil veriblər, bu yaxınlarda ev də verəcəklər” - MÜSAHİBƏ
- Baş məşqçiniz Bülənt Uyğun Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi tərəfindən 8 oyunluq diskvalifikasiya edilib. Bu, komandanızın gələcək çıxışlarına necə təsir göstərə bilər?
- Təbii ki, baş məşqçimizin olmaması yaxşı hal deyil. O, Türkiyə Superliqasının ötən turunda “Fənərbağça” ilə oyunda da nəinki texniki zonaya, hətta paltardəyişmə otağına da buraxılmadı. İstərdim ki, yanımızda olsun. Amma biz təcrübəli futbolçularıq. Onun yoxluğunu hiss etdirməməyə çalışacaq, uğurlu nəticələr göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.
- “Fənərbağça”ya 2:4 hesablı məğlubiyyətdən sonra Uyğun Sizə hər hansı irad bildirdi?
- Hazırda zədəli olduğum üçün məşqlərə qatılmıram. Buna görə də məşq öncəsi iclasda da olmamışam. Amma bilirəm ki, Uyğun komanda şəklində hamıya narazılığını bildirib.
- Həmin görüşdə şəxsən Sizin oyununuz haqda azarkeşlərin fikri birmənalı deyildi...
- Azarkeşlərin fikri mənim üçün əsas deyil. Üzərimə düşən vəzifə komandamın uğuru üçün əlimdən gələni əsirgəməməkdir.
- Ümumiyyətlə, azarkeşlərinizin komandanız üzərində basqısı böyükdür?
- “Eskişehirspor”un azarkeşləri çox tələbkardırlar. Amma mən kifayət qədər təcrübəliyəm, azarkeş fikirlərinə nə az, nə də çox qulaq asmağa çalışıram. Çünki türkiyəli tərəfdarlar udduğun oyunda səni göylərə qaldırır, bir oyun uduzan kimi tənqidlər yağdırırlar.
- Bəs öz oyununuzdan razı qaldınız?
- Öz oyunuma mən qiymət verə bilmərəm. Uduzmuşuqsa, demək, yaxşı oynamamışıq. Digər tərəfdən, biz “Fənərbağça”ya məğlub olmuşuq. “Şükrü Saracoğlu” stadionunda 50 min azarkeş qarşısında oynamışıq. Sadəcə, qapımızdan 4 qol buraxmışıq deyə, digər oyunçuları kənarda qoyub, müdafiəçiləri günahlandırırlar.
- Amma Sizin iştirakınızla və yeni baş məşqçiniz Bülənt Uyğunun rəhbərliyi altında oynanılan əvvəlki 3 qarşılaşmada “Eskişehirspor” məğlub olmamışdı. 2 qələbə, 1 heç-heçə əldə etmişdi...
- Əlbəttə, “Fənərbağça”ya qarşı əvvəlki oyunlarımızı göstərə bilmədik. Növbəti matçlarımızda yenə meydançaya xal və xallar üçün çıxacağıq.
- Yeni klubunuzda artıq ikinci dəfədir ki, zədələnirsiniz. İlk dəfə alnınıza tikiş qoymuşdular. Bu dəfə isə diziniz burxuldu...
- Futbolda zədələr qaçılmazdır. Azərbaycan çempionatında çıxış etdiyim vaxt da xəsarət alırdım. Bütün bunlar oyunlar vaxtı özümü qorumamağımdan irəli gəlir. “Fənərbağça” ilə matça gəlincə, səhv etdim. Gərək 25-ci dəqiqədə Semih Şəntürklə mübarizədə dizim burxularkən, əvəzlənərdim. Amma mən oyunu davam etdirməyi üstün tutdum. Bunun nəticəsidir ki, noyabrın 13-də “Antalyaspor”la keçirəcəyimiz növbəti oyunu buraxmalı olacağam. Yaxşı olsam, gələn həftəsonu “Trabzonspor”a qarşı oynaya biləcəyəm.
- Millimizin Çernoqoriya ilə keçirəcəyi yoldaşlıq görüşündə də iştirak edə bilməcəksiniz?
- Xeyr. Çünki gələn həftənin çərşənbə axşamı məşqləri bərpa edə biləcəyəm. Ertəsi gün isə yığmamız Podqoritsada Çernoqoriya qarşısına çıxmalıdır.
- Çernoqoriya ilə oyundan nə gözləyirsiniz?
- Komandamız çalışmalıdır ki, ən azı məğlub olmasın. Amma heyətdə zədəlilər çoxdur. Görək də, Allah böyükdür. Çox istərdim ki, bu qarşılaşmada iştirak edim. Amma alınmadı.
- Eskişehirdə harada qalırsınız?
- Hələlik bazada qalıram. Məşqlərə gedib-gəlmək üçün avtomobil veriblər. Bu yaxınlarda mənə mənzil də verəcəklər. Şəraitim qaydasındadır.
- Bakıya nə vaxt gəlməyi planlaşdırırsınız?
- Dekabrın 19-da Superliqada “Kasımpaşa” ilə ilk dövrədə son oyunumuz olacaq. Bundan sonra 2011-ci il yanvarın 23-dək çempionatda fasilə veriləcək. İnşallah, fasilə müddətində Bakıya qayıtmağı düşünürəm.
Elşən MƏMMƏDOV

1466