“Neftçi”nin futbolçusu ata oldu
10 noyabr 2010 17:48 (UTC +04:00)

“Neftçi”nin futbolçusu ata oldu

Lent.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu məqsədlə vətənində olub.

Skopyedə ailəsini ziyarət edən Georgiyevski Makedoniya millisinin baş məşqçisi Mirsad Yonuzla da görüşüb. Yonuz onu Albaniya ilə noyabrın 17-də keçirəcəkləri yoldaşlıq görüşünə çağırmayacağını bildirib. Baş məşqçi qarşılaşmada yeni namizədlərə şans verəcəyini açıqlayıb. Georgiyevski Yonuzun qərarını anlayışla qarşılayıb: “Mirsad Yonuz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı”.

Flaqmanın digər makedoniyalı legioneri İqor Mitreski isə Albaniya ilə oyuna dəvət alıb. Baxmayaraq ki, Mitreski Yonuzdan bu matça çağırılmamasını xahiş edib. Lakin baş məşqçi ixtiyarında heç olmasa iki təcrübəli futbolçunu görmək istədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar